Gənc və möhkəm dərinin SİRRİ: Nə etməli?
03 fevral 2023 10:10 (UTC +04:00)

Gənc və möhkəm dərinin SİRRİ: Nə etməli?

Zamanla dəridə kollagen istehsalının azalması dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Göz ətrafındakı qırışlar çox vaxt yaşınızla əlaqəlidir. Üzünüzdəki incə xəttlər və qara halqalar da dərinizin qocaldığının göstəricisidir. Yaşlanmaya əleyhinə qulluq etməklə hər zaman gənc dəriyə sahib ola bilərsiniz. Hətta mümkündürsə, mütəmadi olaraq dərinizə qulluq edin.

Lent.az bununla bağlı bir neçə tövsiyəni sizə təqdim edir:

Sabah və axşam dəri təmizlənməsi

Dərinin vaxtından əvvəl qocalmasının qarşısını almağın ilk yolu dərini təmiz saxlamaqdır. Dəriniz gün ərzində xarici faktorlardan çox təsirlənir. Məsamələrinizdə kir və makiyaj qalıqları əmələ gəlir. Nəticədə arzuolunmaz dəri problemləri yaranır.

Bu səbəbdən səhər oyananda və axşam yatmazdan əvvəl dərinizi təmizləməlisiniz. Dərinizi təmizləyərkən dəri tipinizə uyğun gel və ya köpükdən istifadə etməlisiniz. Çox isti və ya soyuq su dəriyə ziyandır. Bunun üçün çalışıb üzünüzü ilıq su ilə yumalısınız.

Müntəzəm olaraq pilinq edin

Dərinizdə yığılan ölü hüceyrələr dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Belə ki, onun nəfəs alması və sağlamlığı qorumaq üçün mütəmadi olaraq pilinq etməlisiniz.

Dəridəki ölü hüceyrələri məhv etmək üçün həftədə bir və ya iki dəfə pilinq edin.

Pilinqi dərinizə tətbiq edərkən çox həssas yanaşmalı və diqqətli olmalısınız. Dərinizə qarşı sərtlikdən qaçın.  

Serumlar

Serumlar tərkibində antioksidantlar, turşular, vitaminlər kimi aktiv maddələr olan dəriyə qulluq məhsulları adlanır.

Onlar dərinin nəm balansını qoruyur. Dərinin elastikliyini tənzimləyir, qırışların və sallanmanın qarşısını alır.

Serumlar dərinin dərinliyinə qədər nüfuz edə bildiyi üçün onu bərpa edir və hüceyrələri yeniləyir. Ehtiyacdan asılı olaraq səhər və axşam qulluq rutininizə serumlar əlavə etməyiniz tövsiyə olunur.

Dərini nəmləndirin

Gənc, canlı, və parlaq dəriyə sahib olmaq üçün mütləq nəmləndirici istifadə edilməlidir. Nəmləndiricilər dərini xarici amillərə qarşı gücləndirir. Dərinin qurumasının qarşısını alır. Quru dərilər daha tez qırışır. Onun qocalmasının qarşısını almaq üçün hər gün nəmləndirici kremlərlə masaj etmək məsləhətdir. Onu da qeyd edək ki, nəmləndirici kremləri mütləq dəri tipinizə uyğun seçməlisiniz.

Göz ətrafı bölgələrə xüsusi qulluq   

Göz ətrafındakı qırışlar yaşınızın göstəricisidir. Bu səbəbdən 25 yaşından sonra göz ətrafına xüsusi qulluq tövsiyə olunur.

Belə ki, həmin bölgələri nəmləndirən və qırışların qarşısını alan xüsusi kremlərdən və bəzi təbii yağlardan istifadə etməyiniz məsləhətdir. Bunlardan biri avokado yağıdır ki, o göz ətrafını nəm saxlayır. Parlaq görünüş verir. Çünki bu yağın tərkibində E vitamini var. Həmin vitamin göz ətrafındakı qara halqaları azaldır.

Göz ətrafındakı qırışların qarşısını almaq üçün istifadə edilən yağlardan biri də zeytun yağıdır. Belə ki, bu yağ qırışların qarşısını alan əsas alternativlər arasındadır.

Günəşdən qoruyucu kremdən istifadə edin

Günəş şüalarına çox məruz qalan dəridə çox erkən yaşlarda qırışlar əmələ gəlir. Dərinin vaxtından əvvəl qocalmasının ən böyük səbəblərindən biri günəş şüalarıdır. Buna görə evdən çıxmazdan 20-25 dəqiqə əvvəl “SPF” tərkibli kremlərinizi dərinizə tətbiq etməkdə fayda var. Hətta yay günlərində mütləq çantanızda bu kremlərdən olsun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2886
avatar

Sevinc Fərid

Oxşar yazılar