Yaşlı evlilələrə   seksoloqdan MƏSLƏHƏT
13 yanvar 2023 00:11 (UTC +04:00)

Yaşlı evlilələrə seksoloqdan MƏSLƏHƏT

Vaxtında təcili yardım çağıra bilmək üçün yaşlı həyat yoldaşlarının birlikdə yatması lazımdır.

Lent-az xarici mediaya istinadla bildirir ki, bunu seksoloq, ailə psixoloqu Yevgeni Kulqavçuk deyib.

O qeyd edib ki, bir çox yaşlı evlilər ayrı yatmağa üstünlük verir və bunu partnyorun xoruldaması və ya fərqli temperatur rejiminə üstünlük verməsi ilə izah edir.

Lakin Kulqavçuk hesab edir ki, xüsusilə qocaldıqda eyni yataqda yatmaq daha təhlükəsizdir. “Tez-tez belə hallar olur ki, infarkt və ya insultdan sonra gecə vaxtı çağırılan təcili yardım bir insanın həyatını xilas edib. Ayrı-ayrı yataq otaqlarında bu faciəvi şəkildə bitə bilərdi”, - həkim xəbərdarlıq edib.


 

# 4326
avatar

Oxşar yazılar