Üç arvadı  olan kişi həbs olundu
07 may 2025 14:26 (UTC +04:00)

Üç arvadı olan kişi həbs olundu

ABŞ-da bir kişi eyni anda üç qadınla evləndiyi üçün həbs edilib.

Lent.az xarici KİV-ə isitnadla bildirir ki, Henri Betsey Jr. üç qadınla tanış olub və iki il ərzində onların hər biri ilə evlənib. Evliliklər Florida əyaləti daxilində reallaşıb. Mişel adlı qadın 23 noyabr 2022-ci ildə Hernando qraflığında Henri ilə evlənib.

O, Henri ilə tez bir zamanda yaxınlaşdıqlarını və cəmi üç həftə sonra mahal məhkəməsində evləndiklərini söyləyib. Bu zaman kişi artıq Brendi və Tonya ilə evli idi, hər üç qadın bir-birinin varlığından xəbərsiz olaraq kişinin soyadını götürüblər.

Keçən il birinci arvadı təsadüfən onun digər evliliklərini aşkar etdikdən sonra Henri çoxarvadlılığa görə həbs olunmuşdu. Qadın Brendi ilə Mişeli tapıb və üçü də polisə gedib. Hazırda qadınlar bir ştatda bu qədər nikahın baş tutmasına imkan verən sarsıntılı bürokratik sistemdən əziyyət çəkdiklərini deyirlər.

Henrinin 3 qadınlar evlənmə səbəbləri naməlum olaraq qalır. Lakin keçmiş arvadları onun pula görə onlarla evləndiklərini düşünürlər. Belə ki, Henri onların hər biri ilə ortaq bank hesabı açıb və görünür, əmlakı bölüşdürməyə ümid edib. Kişi günahını etiraf etməyib. Bu yaxınlarda keçmiş arvadlar onun başqa bir tanışlıq proqramında evlənmək istəməsi barədə elan görüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808

Oxşar yazılar