Türkiyəli müğənni Zeynəb Bastık və Tolqa Akış rəsmi olaraq boşanıblar.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Tolqa məhkəmə sənədini şəxsi “Instagram” hesabında paylaşıb.
Bir müddət əvvəl ani bir qərarla boşanmağa qərar verən cütlük maraqlı açıqlamaları ilə gündəmə gəlmişdi. Belə ki, Bastık ayrılsalar da həmişə birlikdə olacaqlarını və nikahın sadəcə bir imzadan ibarət olduğunu demişdi.
Qeyd edək ki, ikili keçən ilin iyul ayında təmtəraqlı toy mərasimi ilə evlənmişdi.