Taksi sürücüsü Voloçkovanın  2-ci azərbaycanlı  sevgilisi imiş: ÖZÜ DANIŞDI 
20 may 2022 10:54 (UTC +04:00)

Taksi sürücüsü Voloçkovanın 2-ci azərbaycanlı sevgilisi imiş: ÖZÜ DANIŞDI 

Məşhur dünya şöhrətli Anastasiya Voloçkova azərbaycanlı taksi sürücüsü sevgilisindən danışıb. 

Lent.az-ın məlumatına görə, Rusiya teleqram kanallarının birinə açıqlamasında o bildirib ki, yeni sevgilisi milyonçu deyil, Azərbaycandan olan taksi sürücüsüdür: 

“Onun nə qədər qazandığı məni maraqlandırmır. Əsas odur ki, ləyaqətli insandır. Vacib deyil ki, onun pulu çox olsun. Onun böyük ürəyi var”, - o deyib. 

Xatırladaq ki, Voloçkovanın başqa bir azərbaycanlı sevgilisi də olub. O , iş adamı Bəxtiyar Səlimov idi. Cütlük 2017-ci ildə tanış olmuşdu və bir müddət sonra ayrılmışdılar. 

Bəxtiyar Səlimov və Anastasiya Voloçkova 


 

# 7545
avatar

Sevinc Fərid

Oxşar yazılar