Qaynanın ər-arvadın münasibətinə qarışmamasının yolları açıqlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klinik psixoloq və psixoterapevt Mark Krasnoşçekov danışıb.
Onun sözlərinə görə, ananın oğulun şəxsi həyatına müdaxiləsi münasibətlər üçün təhlükəlidir. Üstəlik, bəzi qadınlar bunu cansıxıcılıqdan edə bilər.
Ekspert hər tərəfin sakit olduğu bir vaxtda qaynana ilə müdaxilələr barədə müzakirə aparmağı tövsiyə edib. Bu danışıqlar əsasında hansısa mövqeyə gələ biləcəksiniz.
Bundan əlavə, əgər qayınananız yoldaşınızla müzakirənizə müdaxilə edirsə, bu zaman bir yerdə istirahət etməyi və ya harasa gəzməyə çıxmağı təklif edin. Qadının diqqəti başqa obyektə yönələcək və tamamilə yox olmasa da, istənilən halda azalacaq.
Mütəxəssisin fikrincə, həyat yoldaşınızı da baş verənlər barədə məlumatlandırmaq lazımdır. Sevən və anlayışlı insan problemdən qaçmaz. Eyni zamanda, bu, kişinin həyat yoldaşına münasibətini yoxlamağa kömək edəcək.
"Bəzən ananın münasibətlərə müdaxiləsi ilə mübarizə cütlüklərin münasibəti gücləndirir. Çünki onlar eyni problemə müqavimət göstərməyə, bir-birlərinə kömək etməyə çalışırlar", - psixoterapevt vurğulayıb.