Serxio Ramosun həyat yoldaşından  gözlənilməz etiraflar
13 oktyabr 2022 19:29 (UTC +04:00)

Serxio Ramosun həyat yoldaşından gözlənilməz etiraflar

PSJ-nin futbolçusu Serxio Ramosun həyat yoldaşı, ispan model və teleaparıcı Pilar Rubio sevgi həyatları ilə bağlı müsahibə verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, aparıcı David Bronkononun “Son 30 gündə neçə dəfə cinsi əlaqədə olmusan?” sualına xanım belə cavab verib: "Hər gün! Madriddə olduğum vaxtlar istisna olmaqla, Parisdə olurasa hər gün bunu edirik. Uşaqları axşam 21:30-da yatızdırırıq, sonra isə tək qalırıq. Seks həyatdır”.

Pilar Rubio deyib ki, 4 uşaqlarının olması  cinsi həyatlarına qətiyyən təsir etməyib: “Ona görə də uşaqlardan əvvəl və sonrasını müqayisə edə bilmirəm".

Serxio Ramos və 4 övladı ilə 10 illik münasibətdən sonra 2 il əvvəl Sevilyadakı Katedralində evlənən Pilar Rubio deyib: "Sanki dünən görüşdük. Yubileyimizdə bu haqda danışdıq. Heç qocalmamağımız həqiqətən də gözəldir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4419
avatar

Oxşar yazılar