Qəzada yaddaşını itirdi: Həyat yoldaşı ilə  ikinci dəfə evləndi
30 noyabr 2022 19:59 (UTC +04:00)

Qəzada yaddaşını itirdi: Həyat yoldaşı ilə ikinci dəfə evləndi

ABŞ-da bir kişi motosiklet qəzası keçirib, yaddaşını itirib və yenidən həyat yoldaşına aşiq olub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Kristi və Endryu Makkenzi 37 ildir evlidirlər. Cütlük motosikletdə birlikdə səyahət etməyi çox sevirlər və bu səfərlərin birində qəzaya düşüblər. Maşın işıqforun qırmızı işığında keçdiyindən Makkenzilərin motosikleti ona çırpılıb və onlar toqquşmadan 15 metr kənara atılıblar. "O vaxt mən yalnız ərimin yaxşı olub-olmadığını düşünürdüm", -  Kristi xatırlayır.

Zərərçəkənlər ağır xəsarətlər alıblar: sümükləri sınıb, daxili qanaxma və beyin silkələnməsi baş verib. Qəza yerinə gələn tibb işçiləri Endryu huşsuz vəziyyətdə tapıblar, onu və Kristini təcili əməliyyat üçün təyyarə ilə xəstəxanaya aparmaq qərarına gəliblər.

Üç gündən sonra kişi özünə gəlib: tarixdə 1993-cü il olduğuna əmin olub və ömrünün az qala 30 ilini xatırlamayıb. Endryu qızlarını tanımayıb, ancaq arvadı olduğunu xatırlayıb. O hesab edib ki, arvadı xəstəxanada işləyir.. "Yadımda qalan ilk şeylərdən biri xəstəxana çarpayımın yanında əlil arabasında, vəziyyətimdən narahat olan Kristidir", - Makkenzi deyib.

Həyat yoldaşına hadisələrin gedişatını tez bir zamanda bərpa etməyə kömək etmək üçün Kristi onun palatasına köçürülməsini istəyib. 11 gündən sonra cütlük evə buraxılıb və uzun bir reabilitasiya kursu təyin edilib. Cütlük yenidən köməksiz gəzə bildikdən sonra bütün ailə ilə birlikdə dincəlmək üçün sahilə gediblər. Orada Endryu ikinci dəfə həyat yoldaşına evlilik təklifi edib və onlar əvvəlki andlarını təsdiq ediblər.

Kristinin sözlərinə görə, o, Endryunun yaddaş itkisini ağır qəbul edir, lakin sağ qaldıqları üçün minnətdardır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3255
avatar

Oxşar yazılar