Məşhur müğənni evlilik  MÜQAVİLƏSİ BAĞLADI
14 iyun 2022 18:16 (UTC +04:00)

Məşhur müğənni evlilik MÜQAVİLƏSİ BAĞLADI

Dünyaca tanınmış müğənni Britni Spirs həyat yoldaşı Sem Əsgəri ilə evlilik müqaviləsi imzalayıb. 

Lent.az  xəbər verir ki, bu barədə “TMZ” saytı məlumat yayıb. 

Müqaviləyə əsasən, cütlük boşanma zamanı nikahdan əvvəlki əmlaklarını bir-birindən tələb edə bilməzlər. 

Məlumata görə, müqavilənin şərtlərinin müzakirəsi bir neçə ay çəkib. Hətta Əsgəri boşanma halında Spirsdən birlikdə olduğu hər il üçün 5 milyon dollar, doğulmamış uşağına isə qəyyumluq istəyib. Ancaq tanınmış ulduz bu şərtlərlə razılaşmayıb. 

Qeyd edək ki, 40 yaşlı ulduz Spirs 28 yaşlı Əsgəri ilə bir neçə həftə əvvəl nikah masasına oturub. Onun kiçik toy məclisində bir çox dünya şöhrətli ulduzlar iştirak edib. 


 

# 3948
avatar

Sevinc Fərid

Oxşar yazılar