Blogger Kristi (soyadı məlum deyil) ərini illərdir makiyajla aldatmağın yolunu açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, müvafiq məlumatları 1,1 milyondan çox abunəçisi olan “TikTok” hesabında paylaşıb.
@christxiee ləqəbli influencer bildirib ki, o, üç il ərzində üzünə kosmetika sürtmək üçün səhər tezdən durub. Yayımlanan videoda o, gündəlik iş prosesini nümayiş etdirib.
Qız yanaq sümüklərini vurğulayıb, ənlik çəkib və kirpiklərini tuşla rəngləyib. “Makiyajımı etmək mənə cəmi on dəqiqə çəkir, sonra yatağa qayıdıram və özümü hələ də yatmış kimi göstərirəm. Ərim isə düşünür ki, mən kosmetikadan istifadə etmirəm", - Kristi etiraf edib.
Abunəçilər yazının altındakı şərhlərdə yazdıqları kimi, nəşrin qəhrəmanının hərəkətindən təəccübləniblər. “Təbii olaraq gözəlsən, makiyajlı və ya makiyajsız olmağın çox da fərqi yoxdursa, niyə belə tez qalxırsan?”, “O qədər gözəldir ki, ona ehtiyac da yoxdur”, “Mən çox tənbələm, mən Dərimə qulluq etməyə vaxtım az olsa, buna razı olmazdım”, - onlar bildiriblər.