İlk görüşdə nə edilməlidir?
04 yanvar 2023 13:36 (UTC +04:00)

İlk görüşdə nə edilməlidir?

İlk görüşdə geyim seçimi insanların düşüncəsində müxtəlif fikirlər yaradır.

Lent.az xəbər verir ki, əks cinsdən olan biri ilə ilk görüşə nə geyinəcəyimizə qərar verərkən diqqətli olmalıyıq.

Aparılan araşdırmalara görə, kişilərin əksəriyyəti romantik görüşlərə gündəlik geyimdə gəlir. Yəni, cins şalvar və köynəklərə üstünlük verir.

Qadınlar ilk görüşə gedərkən özünü rahat hiss edəcəyi bir paltar seçməlidir.

Araşdırmanın nəticələrinə görə, kişilərin 33 faizi ünsiyyət zamanı qızların geyim tərzinə, 26 faizi isə görünüşünə diqqət yetirir.

Əks cinslə tanışlıq zamanı ən vacib amillərdən biri də söhbətin mövzusudur. Çünki ilk görüşdə iki insanın qarşı-qarşıya edəcəyi söhbət çox önəmlidir. Bu söhbətlə onların arasında qığılcım yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Arzu Qurbanlı

Oxşar yazılar