Ərinin ad günündə ona  ikinci arvad   hədiyyə etdi -  VİDEO
06 fevral 2024 15:31 (UTC +04:00)

Ərinin ad günündə ona ikinci arvad hədiyyə etdi - VİDEO

Sosial şəbəkələrdə Qazaxıstan sakininin ərinin ad günündə ona ikinci arvadı hədiyyə verməsi barədə video yayılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, videoda hicablı qadın ərini ad günü münasibətilə təbrik edir. Ailənin İslam qaydaları ilə yaşadığı aydın görünür. Qadının sözlərinə görə, əri ilə 10 ildir evlidir və buna görə ona çox minnətdardır.

“Bütün kaprizlərimi yerinə yetirdiyin üçün sənə minnətdaram. Allah bizim üçün nə çətinliyi hazırlasa da, sən hər şeyə dözürsən. Çox sağ ol! Ona görə də sən ikinci arvad almağa layiqsən” deyən qanuni arvad böyük qutunu göstərir.

Hamının gülüşü ilə qutudan gənc bir qız çıxır. Sonra videoda ər-arvadın şəxsi söhbəti göstərilir, burada arvad öz “hədiyyəsini” bütün ciddiliklə izah edir. Qadın iddia edir ki, qızın valideynləri onun ikinci arvad olacağından xəbərdardırlar. 

# 39054
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar