Ərini özünə toy edəndə  tutdu: Kişi belə qaçdı
08 sentyabr 2022 09:39 (UTC +04:00)

Ərini özünə toy edəndə tutdu: Kişi belə qaçdı

Hindistanda Syed Nazir adlı kişi evli olduğu halda yenidən evlənmək qərarına gəlib. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həyat yoldaşından boşanmamış yenidən özünə toy etməyə çalışıb. 

Hadisədən xəbər tutan həyat yoldaşı Samri isə polislə gələrək nikahı dayandırıb və ərindən şikayətçi olub. Polisi görüb təşvişə düşən kişi şadlıq sarayının arxa qapısından qaçıb. 

Hadisə ilə bağlı Samrinin qardaşı “Bacım 2019-cu ildə Yeni Zelandiyadan gəldikdən sonra Syedlə evləndi. “Covid-19” karantini zamanı Hindistanda yaşadılar və biz onların bütün xərclərini qarşıladıq. Pulu ödəyə bilməyəndə isə Syed bacımdan ayrılmağa qərar verdi” deyib. 

Aldadılan qadın isə “Mən həkiməm. Hətta pandemiya zamanı həyat yoldaşımın koronavirusa yoluxmuş əmisinin belə qayğısına qaldım. Demək olar ki, bütün həyatımı onlara həsr etdim” deyə ağlayıb. 

Hazırda polis hər yerdə toydan qaçan Syed Naziri axtarır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7083
avatar

Sevinc Fərid

Oxşar yazılar