Daha əvvəl dünyanın ən gözəl qadını seçilən Fələstin-Hollandiya əsilli 24 yaşlı supermodel Bella Hadid “Instagram”da yeni sevgilisi ilə fotosunu paylaşıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Teen Vogue”nin juralistləri onu şəxsiyyətini müyyənləşdirməyi bacarıblar.
Sosial şəbəkəyə yerləşdirilən görüntülərdən birində Hadidin eyvanda bir kişi ilə ayaq üstə qucaqlaşıb öpüşdüyü əks olunub.
“Həyatımın vaxtı. Sağlamam, işləyirəm və səni sevirəm”, - Hadid postunda yazıb.
Nəşrin məlumatına görə, supermodelin yeni tərəfdaşı dizayner və art-direktor Marl Kalmandır. Onun Nyu-Yorkda yaşadığı, ictimai olmayan bir həyat tərzinə üstünlük verdiyi və musiqi albomlarının üzlüklərini dizayn etdiyi bildirilir. Onun müştəriləri arasında reper Trevis Skott da var.
Hadid buna qədər The Weeknd kimi tanınan müğənni Eybel Tesfaye ilə münasibətdə olub. Onları ilk dəfə bir yerdə 2015-ci ildə görüblər. Bir neçə dəfə ayrılsalar da, sonradan münasibətlərini yenidən bərpa ediblər. Ancaq 2020-ci ildə birdəfəlik ayrılıblar.