Böyük Britaniyanın baş naziri Boris Consonun keçmiş sevgilisi,a merikalı iş adamı Cennifer Arkuri televiziya dramı yazıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, dramda münasibətlərinin tarixcəsindən bəhs olunur.
Amerikalı iş adamı Arkuri ilə Londonun o vaxtkı bələdiyyə başçısı Conson arasında iddia edilən bir sevgi hekayəsi ətrafında qondarma personajların yer aldığı bir dram qurulacaq.
36 yaşlı Arkurinin yaratdığı süjet xətti pərəstişkarları tərəfindən məşhur olan, lakin doymayan bir cinsi iştaha sahib olan xaotik bir siyasətçi xarakterini ehtiva edəcək.
Ssenari ilə “Netflix”, “Amazon” və “Disney +”un maraqlandığı bildirilir.