Barak Obamanın xanımından ŞOK AÇIQLAMA:  "10 il onu..."
30 dekabr 2022 10:23 (UTC +04:00)

Barak Obamanın xanımından ŞOK AÇIQLAMA: "10 il onu..."

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı on il ərzində onu bəyənmədiyini etiraf edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş prezidentin  58 yaşlı həyat yoldaşı, vəkil Mişel Obama qızlarının on yaşı olana qədər ərinin hərəkətlərinə dözə bilmədiyini açıqlayıb.

O, “New York Post” qəzetinə müsahibəsində Barak Obama ilə düşmənçiliyin səbəbləri barədə danışıb.

Onun sözlərinə görə, partnyorunu dəlicəsinə sevsən də, evlilik çətin olur:

“Bəziləri elə bilir ki, mənim həyatım çox asan keçib. Amma elə deyil. Evliliyin ilk on ili ərimə dözə bilmirdim Bilirsən nə vaxt? Uşaqlar balaca olanda. On il ərzində bizim ailədə söz-söhbət olub. Yeni dünyaya gəlmiş uşaq, karyera qurmağa çalışmağımız və daha nələr, nələr".

Keçmiş prezidentin həyat yoldaşı qeyd edib ki, Barak Obama ABŞ prezidenti seçiləndə Maliyanın 10, Saşanın 7 yaşları olub:

“Kiçik uşaqlardı, heç nəyi dərk etmirdilər. Tələblər qoyurlar. Bir fikri çətinliklə çatdırırlar, daim ağlayırlar. Uşaq olduqları üçün kaprizlidirlər. Bunlara baxmayaraq, onları sevirsən. Onları qınamaq olmaz, elə deyilmi? Amma belə olan zaman uşaqlara olan əsəbini yoldaşına tökürsən. Nəticədə iki partnyor arasında münasibət pisləşməyə doğru irəliləyir".

Lakin Mişel Obama çətin anlarda belə ərinə hörmətini itirmədiyini əlavə edib:

“O, həmin illərdə dözülməz ola bilər, ancaq ona baxıb düşünürdüm ki, səndən razı olmasam da, amma sənə hörmət edirəm".

Bundan əvvəl Mişel Obama ərinin cazibədarlığının sirrini açmışdı. O, gələcək əri ilə münasibətlərin başlanğıcı zamanı onun ifadələrini birbaşa deməsi  və qeyri-romantizmi ilə cinsi əlaqədə olduğunu söyləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4848
avatar

Fidan İlqar

Oxşar yazılar