74  il evli qalıb eyni gündə ölən  cütlük...
26 may 2025 10:42 (UTC +04:00)

74 il evli qalıb eyni gündə ölən cütlük...

Braziliyada 74 il evli olan cütlük eyni gündə, bir neçə saat fərqlə vəfat edib.

Lent.az xairic KİV-ə istinadən xəbər verir ki, Odileta Pansani de Aro və Pasqual de Aro 74 illik yubileylərindən iki gün sonra, bir-birindən 10 saat fərqlə dünyalarını dəyişiblər.

Həyatlarının sonuna yaxın Odileta həyat yoldaşı tərəfindən qayğı ilə əhatə olunmuşdu, lakin Pasqualda Alzheimer xəstəliyi inkişaf etmişdi. 2023-cü ildə Pasqualda bağırsaq xərçənginin terminal (son) mərhələsi aşkar edilmişdi.

Yaxınları bildiriblər ki, dəhşətli diaqnozdan sonra Pasqual Allaha dua edərək, Odileta ilə eyni gündə vəfat etməyi arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102

Oxşar yazılar