60-cı dəfə ata oldu: Uşaq doğmaq üçün  yeni arvad axtarır
11 yanvar 2023 19:56 (UTC +04:00)

60-cı dəfə ata oldu: Uşaq doğmaq üçün yeni arvad axtarır

52 yaşlı pakistanlı 60-cı dəfə ata olub və bununla kifayətlənməyi planlaşdırmır. 

Lent.az-ın xarici mediaya istinadla xəbər verir ki, üç arvadı olan kişinin dediyinə görə, daha çox uşaq sahibi olmaq istəyir.

Sərdar Can Məhəmməd Xan Xilci yeni doğulan oğluna Xuşal adını verdiyini açıqlayıb. Yaxın gələcəkdə kişi özünə yeni həyat yoldaşı tapacaq ki, o, daha bir neçə uşaq dünyaya gətirsin.

Pakistanlı, öz təbirincə desək, belə böyük ailəni dolandırmaq gücündədir.

“Bütün dostlarımdan dördüncü evliliyim üçün qız tapmaqda köməklik etmələrini xahiş edirəm”, - Sərdar deyib.

2016-cı ildə Xilci 100 uşaq istədiyini etiraf etsə də, son vaxtlar daha az uşaq haqqında düşünür. Bu, ilk növbədə Pakistanda yaşayış xərclərinin artması ilə əlaqədardır. Sərdarın öz klinikası var, bu da yaxşı gəlir gətirir, amma bu pul da bəzən bəs etmir.

“Bütün zəruri malların, o cümlədən un, yağ və şəkərin qiyməti üç dəfə artıb”, - kişi şikayətlənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5640
avatar

Oxşar yazılar