Ukrayna ağdamlı  kriminal avtoriteti  niyə qəbul etmir? – TƏFƏRRÜAT
21 may 2026 15:28 (UTC +04:00)

Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? – TƏFƏRRÜAT

0

Odessa Dairə İnzibati Məhkəməsi Ukrayna Dövlət Miqrasiya Xidmətinin vilayət departamentini bir ay ərzində məhkəmə qərarının icrası barədə hesabat təqdim etməyə məcbur edib. Həmin qərarda “miqrantın” ölkədən çıxarılması qanunsuz hesab olunub və nəticədə Azərbaycan Respublikasının Ağdam rayonundan olan 44 yaşlı Cavid Nazim oğlu İsmayılovun Ukrayna vətəndaşlığının ləğvi qərarı qüvvədən düşüb. O, həmçinin Belqorod-Dnestrovsk rayon Boks Federasiyasının vitse-prezidentidir. Qərar 15 may 2026-cı ildə hakim Dmitri Vasilyak tərəfindən çıxarılıb.

Lent.az xarici mediaya istinadən xəbər veriri ki, məhkəmə nəzarəti 2025-ci ilin payızında baş vermiş hadisələrdən sonra tətbiq olunub. Məlumata görə, “Cavid” ləqəbli avtoritet “Tabaki–Mirnoye” sərhəd-keçid məntəqəsindən Ukraynaya daxil olmaq istəyərkən sərhədçilər tərəfindən ölkəyə buraxılmayıb. 27 oktyabr 2025-ci ildə hakimiyyət ona Ukrayna pasportunun ləğv olunduğunu bildirib və sənəd əlindən alınıb. Bundan sonra İsmayılov Moldova ilə Ukrayna arasındakı neytral zonada treylerdə yaşamağa məcbur olub.

Məhkəmə materiallarına əsasən, hüquq-mühafizə orqanlarının Cavid Nazim oğlunu vətəndaşlıqdan məhrum etmək təşəbbüsü ən azı 2023-cü ildən başlayıb. Həmin vaxt hüquq-mühafizə orqanları onun təxminən 20 il əvvəl Ukrayna vətəndaşlığını necə aldığını araşdırmağa başlayıblar. İsmayılovun sözlərinə görə, 2007-ci ilin yazında məhkəmə onun Ukraynanın müstəqilliyi elan olunan vaxt Stoayanovo kəndində daimi yaşadığını təsdiqləyən qərar çıxarıb. Bu qərar əsasında o, 24 aprel 2007-ci ildə Odessa vilayətinin Velikomixaylovski rayon DİN idarəsinə müraciət edib və bir ay sonra Ukrayna pasportu alıb.

2023-cü ilin oktyabrında sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət işi çərçivəsində hüquq-mühafizə orqanları İsmayılovun ilkin sənədlərinə çıxış əldə edib. Araşdırma zamanı manipulyasiya və yalan məlumatların olduğu müəyyən edilib. Söhbət həmin dövr üçün aktual olmayan qeydiyyat möhürlərindən və üç nəfərin saxta ifadələrindən gedir. Həmin şəxslər hazırda bildirirlər ki, İsmayılov ailəsini tanımayıblar və onun 1991-ci ildən əvvəl Ukraynada yaşaması barədə heç bir sənəd imzalamayıblar.

İstintaq zamanı əldə olunan sübutlar əsasında Belqorod-Dnestrovsk rayon Boks Federasiyasının vitse-prezidenti olan İsmayılovun Ukrayna vətəndaşlığından məhrum edilməsi proseduru başladılıb. Polis müraciətlərindən sonra 23 oktyabr 2025-ci ildə Odessa sərhəd xidməti onun Ukrayna pasportunu ləğv edib.

Cavid isə vətəndaşlığını itirməyi qəbul etməyərək bir sıra məhkəmə proseslərinə başlayıb. İş materiallarına görə, 2026-cı ilin fevralında Odessa Dairə İnzibati Məhkəməsi onun iddiasını rədd etsə də, yaz aylarında vəziyyət onun xeyrinə dəyişib.

3 mart 2026-cı ildə Ukrayna sərhədindən buraxılmamaq barədə qərar qanunsuz hesab edilərək ləğv olunub. 24 aprel tarixində isə Odessa vilayət Dövlət Miqrasiya Xidmətinin Cavid Nazim oğlunun vətəndaşlığının ləğvi ilə bağlı qərarı da qüvvədən salınıb. Məhkəmə materiallarında qeyd olunur ki, hakimiyyət aprel qərarından Ali Məhkəməyə şikayət versə də, 1 may 2026-cı ildə kassasiya icraatının açılmasından imtina olunub. İsmayılovun məhkəmə qərarlarının icrasına nəzarət olunması ilə bağlı yeni müraciəti isə sistemin prosesə mane olmaması üçün atılmış addım kimi qiymətləndirilir. Eyni zamanda bildirilir ki,

Məlumata görə, Odessa kriminal aləmində “vəziyəttə nəzarət edən” statusuna iddialı sayılan “Cavid” uzun illərdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Hazırda onun adı Ukraynada altı ay olmamasına baxmayaraq, iki səs-küylü hadisə üzrə təqsirləndirilən şəxs kimi keçir. Birinci hadisə 16 iyun 2020-ci ildə Odessa şəhərində yerləşən “Tri Barançika” restoranında baş verib. Həmin vaxt Qafqaz əsilli şəxslər arasında bıçaqlanma və atışma ilə müşayiət olunan kütləvi dava yaşanıb və İsmayılovun da həmin hadisədə iştirak etdiyi bildirilib. İkinci ittiham isə 7 noyabr 2015-ci ildə Tatarbunarı şəhərində yerləşən “Vdali ot jen” əyləncə məkanında baş verən qanlı qarşıdurma ilə bağlıdır. Həmin vaxt “Tahir” ləqəbli Mir-Tahir Talışxanov və “Cavid” ləqəbli Cavid İsmayılovun rəhbərlik etdiyi qrup İzmail kriminal avtoriteti Sergey Pankratova hücum edib. Pankratov döyülüb, bıçaqlanıb və ondan çox nəfərin hücumuna məruz qalıb. O isə cavab olaraq “Makarov” tapançasından bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində Pankratovun iki rəqibi, o cümlədən “Tiqran” ləqəbli kriminal avtoritet ölüb. Pankratov həmin şəxslərin qətlində ittiham olunaraq üç ildən çox həbsdə saxlanılıb. Başqa bir mənbədə qeyd edilir ki, 2024-cü ilin sonunda Pankratov bəraət alıb, lakin hökm hazırda apellyasiya instansiyasında müzakirə edilir. Pankratova hücum edən tərəflə bağlı isə 1 aprel 2026-cı ildə Odessa vilayətinin Tarutino Rayon Məhkəməsi “iddia müddətinin başa çatması” səbəbilə “Tahir”i cinayət məsuliyyətindən azad edib.

Həmin gün məhkəmə “Cavid”lə bağlı ittihamların ayrıca icraata ayrılması və Ağdam rayonundan olan kriminal avtoritetin axtarışa verilməsi barədə qərar qəbul edib. Qərarda onun saxlanılaraq məhkəməyə gətirilməsinə icazə verildiyi qeyd olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar