
"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib

Pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”də tədris və təlim-tərbiyə prosesinin təşkilinə nəzarət gücləndirilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, belə ki, onlayn dərslərin təşkilinə və müəllimlərin dərs saatlarına nəzarət etmək məqsədi ilə məktəb rəhbərliyi və yerli təhsili idarəetmə orqanları üçün yeni imkanlar yaradılıb.
Platformada məktəb üzrə bütün sinifləri görmək səlahiyyətinə malik olan direktor və direktor müavinləri siniflər üzrə məsafədən təşkil olunmuş dərslərə, davamiyyətə nəzarət edir, icmallaşdırılmış məlumatların toplanılması və təhlilini həyata keçirilirlər. Həmçinin platformada xüsusi yaradılmış qruplar üzrə müəllimlərlə birgə keçirilən pedaqoji şuralarda pandemiya dövründə dərslərin onlayn formada təşkil edilməsinin vacibliyi diqqətə çatdırılır.
Qeyd edək ki, yeni nəzarət mexanizmi həm də ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.

Hicranə Əlişqızı
Oxşar yazılar

Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı - STATİSTİKA
21 yanvar 2021 , 10:05
Ölkə əhalisinin yeni sayı AÇIQLANDI
21 yanvar 2021 , 09:52
"Dərs vaxtı"nın bugünkü CƏDVƏLİ
21 yanvar 2021 , 09:25
Qanunsuz ov məhsullarını satan şəxslər CƏZALANDIRILDI
21 yanvar 2021 , 09:18
Buzlu havada avtomobili necə sürmək lazımdır? - TÖVSİYƏ
21 yanvar 2021 , 09:02
Kəlbəcərin Nadirxanlı kəndi - VİDEO
20 yanvar 2021 , 19:26
"20 yanvar qurbanlarının qisasını alacağıq!", demişdi... - İki bacının ŞƏHİD qardaşı - FOTO - VİDEO
20 yanvar 2021 , 18:44
Psixoloji yardım davam edir: daha 20 mütəxəssis gətirildi - FHN-VİDEO-YENİLƏNİB
20 yanvar 2021 , 18:02