
"Müharibə işimizə təsir etdi" - Millimizin baş məşqçisi

Azərbaycan millisini baş məşqçisi Canni De Byazi müsahibə verib.
"Sportowefakty" nəşrinə danışan italiyalı mütəxəssis ilk olaraq yığmamıza təyinatı haqqında fikirlərini bildirib:
"AFFA rəsmiləri ilə ilk dəfə 2014-cü ildə Parisdə danışıqlar aparmışdıq. Qərarımı indi verdim, çünki yeni layihə axtarırdım. Futbolçuların qələbəyə reaksiyasını dəyişdirməyim lazımdı. Milli ilə irəli gedə biləcəyimizə və gənc futbolçuları inkişaf etdirə biləcəyimizə inanıram. Müqaviləni də DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər imzaladım".
De Byazi Azərbaycanda müharibənin bitdiyinə görə sevindiyini söyləyib: "Müharibə işimizə təsir etdi. Ölkədə müharibə vəziyyəti varsa, futbolçuların futbolu düşünməyi çətinləşir. Sevinirik ki, müharibə bitdi və ümid edirəm ki, hər şey qısa müddətdə normala qayıdar".
De Byazi əfsanəvi futbolçu Dieqo Maradonanın vəfatı barədə də danışıb: "Hər kəs Maradonanın uğurlarına bələddi. Onu təkcə uğurları üçün deyil, həm də ürəyinə görə sevirəm. O, kasıblara ümid verdi, onların idealı oldu, həyatlarını nisbətən asanlaşdırdı. 60 yaşında dünyadan köçmək çox tezdi. O, topla oynamırdı, onunla rəqs edirdi". /qol.az

Oxşar yazılar

Bitkoynla futbolçu alındı - TARİXDƏ İLK DƏFƏ
20 yanvar 2021 , 22:30
Messi 2 oyunluq kənarlaşdırıldı - SƏBƏB
19 yanvar 2021 , 17:24
“Qarabağ”ın sabiq mətbuat katibi: “Macəram başa çatdı…”
19 yanvar 2021 , 17:23
Veteran futbolçu: “Qurban gördü ki, yığma yuxarıdan idarə olunur...”
19 yanvar 2021 , 12:33
“Qarabağ” bu Avropa klublarını geridə qoydu - Dünya reytinqi
19 yanvar 2021 , 11:40
Azərbaycan klubları 61 transfer edib - FİFA-nın hesabatı
19 yanvar 2021 , 09:47
"Qarabağ"ın futbolçularını nə xilas etdi?
18 yanvar 2021 , 13:05
“Fənərbaxça” Eden Azarı transfer etmək istəyir
18 yanvar 2021 , 12:41