Darvinin iki əlyazması oğurlandı: özü də haradan?
24 noyabr 2020 19:31 (UTC +04:00)

Darvinin iki əlyazması oğurlandı: özü də haradan?

Çarlz Darvinin iki əlyazması Kembric Universitetinin kitabxanasından oğurlanıb.

APA-nın Britaniya bürosunun CNN-ə istinadən verdiyi xəbərə görə, Ç. Darvinin təkamül haqqında öncül fikirlərini və məşhur “həyat ağacı” eskizini özündə cəmləşdirən iki əlyazması oğurlanıb.

Əlyazmaların ən son 2000-ci ildə kitabxana tərəfindən fotoları çəkilib, lakin 2001-ci ilin yanvar ayında aparılan müntəzəm yoxlama zamanı kitabların yer aldığı kiçik qutunun öz yerinə qaytarılmadığı aşkar edilib. Rəhbərlik isə 2001-ci ildən etibarən Darvinin əlyazmalarının 10 milyona yaxın kitabın olduğu geniş kitabxanada sadəcə səhv yerləşdirildiyini düşünüb.

 

Aparılan axtarışların nəticə vermədiyini görən Kembric Universiteti bu gün verilən açıqlamada əlyazmaların oğurlandığını bildirərək polisə müraciət edib.

Qeyd olunub ki, Ç. Darvinin bu əlyazmalarının milyonlarla funt-sterlinq dəyərində olduğu bildirilir.

# 1687
avatar

Oxşar yazılar