Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Danaçı-Çardaxlar avtomobil yolunun girişində baş verib.
İlkin məlumata görə, “VAZ 2107” və “Opel” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı biri ağır olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər.
Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirlir.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov