8 fahişəni öldürən məşhur memara ÖMÜRLÜK CƏZA
18 iyun 2026 18:20 (UTC +04:00)

8 fahişəni öldürən məşhur memara ÖMÜRLÜK CƏZA

0

ABŞ-ın Nyu-York ştatının Suffolk Dairə Məhkəməsi keçmiş memar Reks Hoyermanı səkkiz qadını qətlə yetirməkdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Hoyerman cinayətləri 1993–2010-cu illər arasında Lonq-Aylend ərazisində törədib. İstintaq onu daha bir neçə qətllə əlaqələndirsə də, həmin epizodlar üzrə günahını sübut etmək mümkün olmayıb.

İlk meyit 2010-cu ildə Lonq-Aylenddə yerləşən Gilqo-Biç çimərliyində aşkarlanıb. Sonradan həmin və qonşu çimərliklərdə ümumilikdə 20-dək insan cəsədi tapılıb. Qətlə yetirilənlərin əksəriyyəti tanışlıq saytları vasitəsilə müştəri tapan seks işçiləri olub.

"Lonq-Aylend seriyalı qatili" kimi tanınan cinayətkarı hüquq-mühafizə orqanları on ildən çox müddətdə müəyyən edə bilməyib.

Yalnız 2023-cü ilin iyulunda polis qətllərdə şübhəli bilinən memar Reks Hoyermanı saxlayıb. O, bu ilin aprel ayında səkkiz qətl epizodu üzrə günahını etiraf edib.

Hoyerman ifadəsində bildirib ki, qadınlarla görüş təyin edir, onlarla qarşılaşdıqdan sonra onları boğaraq öldürür və cəsədlərini Lonq-Aylend çimərliklərində gizlədirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar