Dünyanın ən yaxşı səhiyyəsi olan ölkələri - Onlar hansılardır?
18 iyun 2026 20:15 (UTC +04:00)

Dünyanın ən yaxşı səhiyyəsi olan ölkələri - Onlar hansılardır?

0

Dünyanın ən yaxşı səhiyyə sisteminə malik ölkələri açıqlanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, beynəlxalq analitiklərin hazırladığı son reytinqə əsasən, dünyanın ən keyfiyyətli, əlçatan və effektiv səhiyyə sistemi 87,1 balla Tayvan olaraq qiymətləndirilib.

Reytinqdə ikinci yeri 82,9 balla Cənubi Koreya tutur. İlk üçlüyü isə 81,5 ballıq göstərici ilə Niderland tamamlayır.

Dünyanın ən yaxşı səhiyyə sisteminə malik ilk 10 ölkəsi sırasında həmçinin Yaponiya (80,1 bal), Avstriya (78,9 bal), Ekvador (77,7 bal), Finlandiya (77,6 bal), Tayland (77,5 bal), Danimarka (77,2 bal) və İspaniya (77,2 bal) yer alıb.

Reytinqdə diqqət çəkən məqamlardan biri də dünyanın ən böyük iqtisadiyyatlarından bəzilərinin ilk sıralarda yer almamasıdır. Belə ki, Çin 69,2 balla 31-ci pillədə qərarlaşıb. ABŞ isə 67 bal göstərici ilə yalnız 40-cı yerdə qərarlaşıb.

Siyahının son sıralarında isə səhiyyə sisteminin effektivliyi ən aşağı qiymətləndirilən ölkələr yer alır. Bunlar arasında Suriya (35,4 bal), Venesuela (39,9 bal), Banqladeş (42 bal), İraq (46,5 bal) və Mərakeş (46,8 bal) göstərilib.

Mütəxəssislər bildirirlər ki, reytinq hazırlanarkən tibbi xidmətlərin keyfiyyəti, əlçatanlığı, qiyməti, gözləmə müddəti və vətəndaş məmnuniyyəti kimi amillər nəzərə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar