Perunun mərkəzi hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.
Lent.az xəbər verir ki, nəticədə azı 11 nəfər həyatını itirib, 19-20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, qəza gecə saatlarında Huanuco bölgəsində baş verib. "Real Chancas" şirkətinə məxsus avtobus ölkənin şərqində yerləşən Pukalpa şəhərindən paytaxt Limaya gedirmiş.
İlkin ehtimallara görə, sürücü sükan arxasında yuxuya gedib və döngədə nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtobus yoldan çıxaraq yaşayış evinə çırpılıb.
Hadisə yerinə xilasedicilər, polis və yerli sakinlər cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəzanın dəqiq səbəbləri araşdırılır.