ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
18 iyun 2026 21:53 (UTC +04:00)

ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var

0

 

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi ilk dəfə etiraf edib ki, İlon Maskın şirkəti tərəfindən hazırlanmış Grok süni intellekt modeli İrana qarşı hərbi əməliyyatlarda istifadə olunub.

Lent.az xəbər verir ki, sistem ABŞ ordusunun hədəf seçmə və əməliyyat planlaşdırma proseslərinə inteqrasiya edilib.

Pentaqonun Süni İntellekt Ofisinin rəhbəri Kemeron Stenlinin məhkəməyə təqdim etdiyi ifadəyə əsasən, Grok əsaslı sistem 96 saat ərzində 2 minə yaxın hədəfə qarşı 2 mindən çox sursatın tətbiq olunduğu əməliyyatlarda istifadə edilib.

Məqalənin başlığında “Grok İranda yüzlərlə mülki şəxsi öldürdü” ifadəsi işlədilsə də, xəbərdə Grokun birbaşa mülki itkilərə səbəb olduğunu sübut edən konkret məlumat verilmir.

Məqalə əsasən süni intellektin hədəflərin müəyyənləşdirilməsi və hərbi planlaşdırmada istifadə olunmasına diqqət çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar