İngiltərə millisinin sabiq müdafiəçisi və hazırda “Fox Sports” telekanalında şərhçi kimi çalışan Uorren Barton dünya çempionatının qrup mərhələsində Özbəkistan və Kolumbiya yığmaları arasında keçirilən oyun zamanı başından xəsarət alıb.
Lent.az xəbər verir ki, Meksikanın paytaxtı Mexikodakı "Asteka" stadionunda baş verən hadisə barədə Bartonla birlikdə oyunu şərh edən Ceki Outli məlumat verib.
"Nəyinsə ona dəydiyini eşitdim. Geri çevriləndə alnından qan axdığını gördüm. Hazırda vəziyyəti yaxşıdır", – deyə Outli X sosial şəbəkəsində yazıb.
Qarşılaşma Kolumbiya millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun Özbəkistan yığması üçün dünya çempionatlarının final mərhələsində ilk qarşılaşma kimi tarixə düşüb.
Vaxtilə "Nyukasl" klubunun formasını geyinən və İngiltərə millisində 16 oyun keçirən Uorren Barton tibbi yardım aldıqdan sonra yenidən efirə qayıdaraq şərhçi fəaliyyətini davam etdirib.
