2026-cı il Dünya Kubokunda C qrupunun oyunları davam edir. Qrup mərhələsinin növbəti qarşılaşmasında Braziliya və Haiti milliləri üz-üzə gələcək.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, matç ABŞ-ın Filadelfiya şəhərində yerləşən “Lincoln Financial Field” stadionunda keçiriləcək.
Beşqat dünya çempionu olan Braziliya hər zaman Dünya Kubokunun ən çox izlənilən komandalarından biri hesab olunur. “Seleção” sonuncu dəfə mundial zirvəsinə 24 il əvvəl yüksəlib. Bundan sonra Braziliya millisi son beş turnirin dördündə mübarizəni 1/4 final mərhələsində dayandırıb. Bu yay isə komandanın veteran ulduzu Neymar üçün milli forma ilə son böyük turnirlərdən biri ola bilər. Buna görə Braziliyanın çıxışı azarkeşlər tərəfindən xüsusi maraqla izlənilir.
Haiti millisi isə turnirə çox çətin şəraitdə və böyük tarixi nəticə ilə gəlib. Ölkədəki siyasi qeyri-sabitlik fonunda Haiti komandası seçmə mərhələdə ev oyunlarını öz meydanında keçirə bilməyib. Buna baxmayaraq, milli komanda mümkün olmayanı bacarıb və Dünya Kubokuna vəsiqə qazanıb. Bu, Haitinin futbol tarixində mundialda ikinci iştirakı olacaq. Komanda sonuncu dəfə təxminən 60 il əvvəl, 1974-cü ildə Dünya Kubokunda çıxış edib.
Braziliya və Haiti arasında keçiriləcək oyun C qrupunda vəziyyət baxımından böyük əhəmiyyət daşıyır. Braziliya favorit kimi meydana çıxsa da, Haiti üçün bu qarşılaşma həm tarixi, həm də idman baxımından xüsusi motivasiya daşıyır. Qrup mərhələsində hər xalın önəmli olduğu nəzərə alınsa, qarşılaşmanın gərgin keçəcəyi gözlənilir.
Braziliya – Haiti oyunu 19 iyun, cümə günü ABŞ vaxtı ilə saat 20:30-da başlayacaq. Qarşılaşma Filadelfiya şəhərindəki “Lincoln Financial Field” stadionunda oynanılacaq.
ABŞ saat qurşaqlarına görə oyunun başlanma vaxtı belədir:
Azərbaycan vaxtı ilə isə oyun 20 iyun saat 04:30-da başlayacaq.