
"Əsir düşərgəsi" satışda liderdir

Lent.az-ın "Əsir düşərgəsi" layihəsi əsasında hazırlanmış "Əsir düşərgəsi" kitabı Vətən müharibəsi dövründə Libraff mağazalar şəbəkəsində ən çox satılan kitablar siyahısında liderdir.
Lent.az xəbər verir ki, bu barədə kitabın müəllifi Vüsalə Məmmədova sosial şəbəkədə paylaşım edib. Müəllif bildirib ki, adıçəkilən layihə əsasında hazırlanmış birinci kitab - “Cəhənnəmdə böyük çığırtı” da yaddaşlarda özünə möhkəm yer qazanıb. "2015-ci ildə kitabı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarına təqdim etmişdik. Təqdimatda Qabil Abbasoğludan soruşmuşdum ki, sizcə, uşaqlar oxuyacaq? O da "Oxuyacaqlar. Biz uzun yolun başlanğıcındayıq, o yola bu kursantlarla çıxacayıq"- demişdi".
Beləliklə, Libraff mağazalar şəbəkəsində Vətən müharibəsi dövründə ən çox satılan kitabların siyahısını təqdim edirik:
LIBRAFF: Müharibə dövründə (27.09.2020-10.11.2020) ən çox satılan kitablar:
1. Vüsalə Məmmədova ˝Əsir düşərgəsi˝
2. Bernard Lyuis ˝Müsəlmanlar nədə səhvə yol verdi?˝
3. Bəhram Bağırzadə ˝Щуща˝
4. Vulf Dorn ˝Oyunbaz˝
5. Elxan Elatlı ˝Armed Mişel˝
6. Kinsun ˝Yol sənin içindədir˝
7. Çingiz Abdullayev ˝Qırılmış əlaqə˝
8. Luiza Hey ˝Sən həyatını yaxşılaşdıra bilərsən˝
9. Elxan Elatlı ˝Cəhənnəmdən gələn səs˝
10. Tomas Qolts ˝Azərbaycan Gündəliyi˝

Oxşar yazılar

Yaşadığını hiss etdirmək üçün... - Vahid Mustafayev yazır
23 yanvar 2021 , 17:09
Yol çəkirdilər qiymətli tarixi abidələr aşkarladılar - FOTO
23 yanvar 2021 , 04:10
Unudulan zurna, Venesiyada nəzarətçiləri yoran Aygün Səmədzadə - "Bir dəfə uzaqlarda"
22 yanvar 2021 , 18:49
Xanın kasıb nəvəsi: “Ora dəvət olunanda qorxdum”... 77 yaşlı sənətkarın həyat HEKAYƏTİ
22 yanvar 2021 , 11:19
Xalq artisti infarkt keçirdi, reanimasiyadadır
18 yanvar 2021 , 15:55
“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34