
Həftə sonları ilə bağlı DAHA BİR QADAĞA - RƏSMİ AÇIQLAMA

“Həftə sonları onlayn xidmətlər də dayandırılır".
Bu sözləri Lent.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, ölkə ərazisində dekabrın 28-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən sahələrin fəaliyyətinə məhdudiyyət tətbiq olunmur:
"Ərzaq mağazalarını gündəlik qida məhsulları ilə təmin edən sahələr var ki, onların da fəaliyyətinə qadağa yoxdur".
E.Hacıyev kafe və restoranların onlayn fəaliyyətinə icazə ilə bağlı suala gəlincə isə bildirib ki, buna dair məhdudiyyət mövcuddur:
“Kafe, restoranlar, eləcə də digər obyektlərin fəaliyyətində onlayn xidmətə icazə verilmir".
Xatırladaq ki, Operativ Qərargahın yaydığı məlumatda bildirilmişdi ki, ölkə ərazisində dekabrın 28-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq.
Qərarda onlayn xidmətlə bağlı isə heç bir məlumat yer almamışdı.
Əlavə edək ki, sosial mediada yayılan məlumatlara görə, 21 və 22 noyabr ərzində onlayn xidmət göstərən bir neçə kafe, restoran sahibləri cərimələniblər.

Hicranə Əlişqızı
Oxşar yazılar

Kəlbəcərin Nadirxanlı kəndi - VİDEO
20 yanvar 2021 , 19:26
"20 yanvar qurbanlarının qisasını alacağıq!", demişdi... - İki bacının ŞƏHİD qardaşı - FOTO - VİDEO
20 yanvar 2021 , 18:44
Psixoloji yardım davam edir: daha 20 mütəxəssis gətirildi - FHN-VİDEO-YENİLƏNİB
20 yanvar 2021 , 18:02
Günün koronavirus STATİSTİKASI: 332 yoluxma, 897 sağalma, 12 ölüm
20 yanvar 2021 , 16:41
20 yanvar şəhidləri Şuşada anıldı-VİDEO
20 yanvar 2021 , 14:48
Qürur və and yerimiz-FOTOLENT
20 yanvar 2021 , 13:00
Bakıya qar yağacaq - PROQNOZ
20 yanvar 2021 , 12:27
İnterneti olmayan şagirdlər belə imtahan verəcək - RƏSMİ
20 yanvar 2021 , 12:10