“Qara Qitə”ni qana bələyən Fransa: İnsan haqlarından danışanların özləri insanlığa qara ləkədirlər - FOTO
21 noyabr 2020 15:15 (UTC +04:00)

“Qara Qitə”ni qana bələyən Fransa: İnsan haqlarından danışanların özləri insanlığa qara ləkədirlər - FOTO

Özünü “nsan haqlarının və demokratiyanın vətəni” sayan Fransa böyük fransız inqilabının prinsiplərinə dəfələrlə xəyanət edib. Əsrlər boyu bu ölkə insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Bu ölkənin təkcə Afrikada törətdikləri isə bəşəri prinsip və insanlığa qara ləkədir.

Fransa 19-cu əsrin əvvəllərindən başlayaraq necə deyərlər, “Qara qitəni” qana bələyib. Məsələn, Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər,  132 il müddətində Fransanın işğalında qalıb. Təkcə 8 il, 1954-1962-ci illər arasında baş verən böyük müstəqillik müharibəsi zamanı fransız işğalçılar 1,5 milyon əlcəzairlini qətlə yetiriblər. Tarixi məlumatlara görə, Əlcəzair müstəqillik mübarizəsi apardığı bir dövrdə əhalisi 8-10 milyon ətrafında idi. Fransa işğalçıları ölkədəki əhalinin  15 faizini öldürüb. Yəni hər 6,6 adamdan 8 il davam edən müstəqillik mübarizəsi dövründə öldürülüb. Bu isə hər ailədən ən az bir nəfərin həyatını itirməsi deməkdir. Bu isə açıq-aşkar soyqırımıdır. 

Və ya başqa bir fakt: 1859-cu ildə Cibuti ərazisindəki Ubuk şəhərini ələ keçirən fransızlar, 11 Mart 1862-ci ildə Tecura Sultanı Əhməd Əbu Bəkiri müqavilə imzalamağa məcbur edirlər. Müqaviləyə görə, Ubuk şəhəri 52 000 frank müqabilində Fransaya təhvil verilirdi. Bu müqavilə fransızların bölgədə hakimiyyət qurmalarına zəmin hazırladı. Fransa sonrakı illərdə Cibutidəki bütün qəbilə rəhbərlərini müqavilə bağlamağa məcbur etdi. Cibutinin müsəlman xalqı Fransa müstəmləkəsini heç bir zaman qəbul etmək istəməmişdir. Ancaq fransızlar müsəlmanların qiyamlarını qanla yatırıblar.

Müsəlmanlar 1917-ci ildə fransız müstəmləkəçilərə qarşı geniş miqyaslı bir qiyam başladılar. Ancaq fransız müstəmləkəçilər bu qiyamı da bütün insanlıqdan kənar əməliyyatlarla yatırdılar. Fransızlar 1911-ci ildə baş verən döyüşdən sonra Çadı bütövlükdə ələ keçiriblər. Bundan sonra  fransızlar Çadda çoxlu sayda məscidi və mədrəsəni dağıdırlar. İslami tədrisi dayandırır və insanlara öz dinlərini öyrənməyə qadağa qoyurlar. Bütün dini cəmiyyətləri bağlayırlar. Çoxlu sayda elm adamını zindanlara ataraq, işgəncələrlə öldürürlər. Müsəlman elm adamları fransız zülmündən xilas olmaq üçün müxtəlif yerlərdə gizlənirlər. Fransızlar bunları ortaya çıxarmaq məqsədilə 1917-ci ildə Çadda dini həyatın yenidən qurulması mövzusunda Əbəsə şəhərində simpozium təşkil edirlər və bunu hər tərəfdə elan edirlər. 400-ə qədər elm adamı müsbət dəyişiklik olacağını  ümid edərək, simpoziumun keçiriləcəyi salona toplanır. Ancaq çox keçmədən fransız işğalçıları salonu hər tərəfdən mühasirə edərək, toplanan elm adamlarının hamısını öldürür. Fransızların cinayətləri və qırğınları sonrakı illərdə də davam edir. 

1839-cu ildə bugünkü Qabon torpaqlarını fransızlar portuqaliyalılardan satın aldı və burada müstəmləkənin əsasını qoydu. Bundan sonra Atlantik okeanı sahillərində qul ticarəti mərkəzi qurub, insanların boğazına zəncir taxaraq satırdılar. 
Komor adalarını fransızlar 1830-cu illərdə  zəbt etdilər. 1912-ci ildə bütün yerli rəhbərlikləri və İslami qurumları ləğv etdilər, çoxlu qətliamlar törətdilər.

1990-1999-cu illərdə huti və tutsilərin bir-birlərinə qarşı etdiyi qırğında 650 min adam öldürülmüşdü. Sui-qəsd nəticəsində öldürülən Burundi dövlət başçısı  Ndadaye öldürülmədən iki gün əvvəl təşkil etdiyi mətbuat konfransında huti və tutsi qəbilələri arasındakı etnik qarşıdurmanın arxasında Belçika və Fransa hökumətlərinin olduğunu söyləmişdi. Ruanda soyqırımı 1994-cü ildə üç aya yaxın bir müddətdə 800 min tutsi və huti Fransanın dəstəklədiyi huti ordusu tərəfindən qətl edildi. İngilis jurnalist Linda Melvern, sabiq Fransa dövlət başçısı Fronçois Mitterandın xüsusi arxivindən faydalanaraq, 8 iyul 2008-ci ildə “Times” üçün yazdığı analizində soyqırımın arxasında Fransanın olduğunu dəlillərlə sübut etmişdi. 2002 və 2004-cü illərdə İnsan Haqları Müşahidə təşkilatı dərc etdiyi hesabatda da qırğını edən huti ordusunun Fransa hökuməti tərəfindən öyrədildiyini, qırğın əsnasında da Fransanın BMT nəzarətindəki əsgərlərindən kömək aldığı ifadə edilmişdi. Bu qırğınlar Fransa tərəfindən edilən cinayətlərin hamısı deyil. 
Fransa Vyetnamda, Konqo, Madaqaskar, Fil Dişi və s. ərazilərdə də cinayətlər törədib.

# 8260
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar