Azərbaycanda bazar rəhbərliyini şantaj edən tutuldu
19 noyabr 2020 14:01 (UTC +04:00)

Azərbaycanda bazar rəhbərliyini şantaj edən tutuldu

İmişli rayon sakini, Zakir Uğurluyev sentyabr ayının 3-də rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmyerlisi Elməddin Əliyevin şantaj edərək ondan 8000 manat məbləğində pul tələb etməsi barədə məlumat verib. 

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, məlumatla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətin əlamətlərinə dair kifayət qədər dəlillər olduğu müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 15-də E.Əliyev 6000 manat pulu Z.Uğurluyevdən alarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdrımalar zamanı E.Əliyev İmişli rayonunun Otuziki kəndində yerləşən “mal-qara” bazarında mobil telefon vasitəsi ilə çəkərək “YouTube” sosial şəbəkəsinə yerləşdirdiyi videogörüntüləri silmək üçün həmin bazarın idarə heyətinin üzvü Z.Uğurluyevdən şantaj edərək 8000 manat tələb etdiyi məlum olub.

Faktla bağlı E.Əliyevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

# 1381
avatar

Mehman Nəbiyev

Oxşar yazılar