1740
17:15
18 Noyabr 2020

Qaz sayğacı oğurlandığı deyilən əsgərin müraciətinə baxıldı - VİDEO

Bu gün sosial şəbəkələrdə Astara rayonu, Şiyəkəran kəndindən olan əsgər Vüqar Xudaverdi oğlu Əmrayevin video müraciəti yayımlanıb. Müraciətdə bildirilir ki, o, ailəlidir, iki övladı var. Könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına qoşulub. Sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, onun yaşadığı fərdi yaşayış evindən qaz sayğacı sökülərək aparılıb və ailəsi soyuq havada qazsız qalıb.

“Azəriqaz” İstehsalat Birliyindən Lent.az -a daxil olan məlumata görə, qurum rəhbərliyinin göstərişi ilə məsələ nəzarətə götürülüb. Məlum olub ki, bu ailə, ümumiyyətlə, qazdan istifadə etmir, abonent deyil və sayğacları da yoxdur. Məlumatda yanlışlığa yol verildiyi qeyd olunub.

Lakin buna baxmayaraq, birliyin rəhbərliyi bu əsgər ailəsinin qazla təchizatını üzərinə götürməklə bu gün çox qısa vaxt ərzində Lənkəran Regional Qaz İstismarı İdarəsinə qazlaşma işlərinin aparılmasını tapşırıb.

Məlumatda bildirilib ki, artıq haqqında danışılan ailə qazdan istifadə edir: "Hər kəsdən xahiş edirik ki, bu və ya digər hallarda qaz təsərrüfatına dair məlumatlar paylaşılmazdan öncə “Azəriqaz”ın mövqeyini öyrənəsin”.

Məlumata əsgər Vüqar Əmrayevin atası Xudaverdi Əmrayevlə söhbətin video materialı da əlavə olunub.

Dİgər xəbərlər