Azərbaycanda qanunsuz ov edən əcnəbi cərimələndi - FOTO
18 noyabr 2020 16:25 (UTC +04:00)

Azərbaycanda qanunsuz ov edən əcnəbi cərimələndi - FOTO

Nadir və qiymətli şahin quşlarının tutularaq ölkədən xaricə satılmasına dair brakonyerlik fəaliyyəti barədə daxil olmuş operativ məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları dərhal nəzarətə götürüb, müvafiq qaydada izləmə prosesləri aparılıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, noyabrın 16-da ETSN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən birgə reyd zamanı əcnəbi vətəndaş İmad Alaborsan saxlanılıb və ondan ovlanması qadağan edilmiş adı Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş Şahin quşu maddi sübut kimi götürülüb.

Fakla bağlı İmad Alaborsan barəsində akt, protokol tərtib edilib və qanun pozucusu 2000 manat məbləğdə cərimələnib. Şahin quşu isə təbiətə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457

Oxşar yazılar