267
12:39
18 Noyabr 2020

Karantin postunda 5 koronavirus xəstəsi saxlanıldı

Quba rayon Polis Şöbəsinin əməkdaşları COVİD-19 virusuna yoluxmuş 5 nəfərin yaşayış yerlərini tərk etdikləri müəyyənləşdirilib.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan məlumata görə, noyabrın 17-də Quba şəhəri ərazisində qurulan karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk edən Qımıl Qazma kənd sakini N.Abbasəliyev, Zərdabi qəsəbə sakini B.Əliyev, Şabran rayon sakini T.Əhmədov, Qusar rayon sakini N.Mahmudov və Xaçmaz rayon sakini M.Rəcəbova saxlanılıblar.

Müəyyən edilib ki, koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə onlara ev şəraitində müalicə təyin olunaraq, yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları ünvanları tərk edən və digər insanlar üçün real təhlükə yaradıblar.

Polis əməkdaşları əraziyə həkim briqadası dəvət edb və N.Mahmudov Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana, digər 4 nəfər isə Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Dİgər xəbərlər