Ermənistanın Hərbi sənaye komitəsinin sədri işdən çıxarıldı
16 noyabr 2020 14:04 (UTC +04:00)

Ermənistanın Hərbi sənaye komitəsinin sədri işdən çıxarıldı

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi sənaye komitəsinin sədri Artak Davtyan vəzifəsindən azad edilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Baş nazir Nikol Paşinyan qərar imzalayıb. 

Qeyd edək ki, A. Davtyan iyulun 17-də Hərbi sənaye komitəsinin sədri vəzifəsinə təyin edilib. O, bundan əvvəl Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10278

Oxşar yazılar