“Qarabağdakı döyüşlərdə yüzlərlə hərbçimiz itkin düşüb” - Paşinyan
16 noyabr 2020 12:02 (UTC +04:00)

“Qarabağdakı döyüşlərdə yüzlərlə hərbçimiz itkin düşüb” - Paşinyan

Ermənistan tərəfdən Qarabağda gedən döyüşlərdə yüzlərlə hərbçi itkin düşüb.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, bu günə olan məlumata görə, Ermənistanın döyüşlərdə 2400 hərbçi itirdiyini açıqlayıb.

N. Paşinyan ümid etdiyini bildirib ki, itkin sayılan hərbçilərin bir hissəsi sağdır.  

O, milli matəm gününün meyitlərin tapılıb tanınması prosesi başa çatdıqdan sonra elan edilməsinin mümkünlüyünü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1315

Oxşar yazılar