Xəbər verdiyimiz kimi, iyunun 5-ə keçən gecə göyərtəsində 25 azərbaycanlının olduğu iki gəmi Azov dənizində vurulub.
Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, gəmidə həlak olanlardan biri Zaqatala rayonu, Aşağı Tala kənd sakini, 1997-ci il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyevdir.
Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, digər həlak olanlar isə Fuad, Rəcəb, Qismət və Elnur adlı şəxslərdir.
Qeyd edək ki, gəmidə həlak olanların kimliyi ilə bağlı hələlik rəsmi məlumat yayılmayıb.