Dünya çempionatı tarixində çempionluğu qazanan komandalara öz ölkələrindən olan mütəxəssislər məşqçilik edib.
Xarici mütəxəssislərin məşqçilik etdiyi ölkələr Dünya çempionatında uğur qazanmasa da, 22 turnirdə çempionluğu qeyd edən 8 ölkənin hamısı yerli mütəxəssislərlə zirvəyə çatıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Uruqvayda keçirilən yarışda ev sahibinin komandası yerli məşqçi Alberto Suppiçinin rəhbərliyi altında ilk kubokunu qazanıb. Son çempion Argentina da yerli mütəxəssis Lionel Skaloni ilə tarixində üçüncü çempionluğunu qeyd edib.
Braziliya 5 çempionluq, Almaniya və İtaliya hər biri 4, Argentina isə 3 çempionluq qazanıb və bunların hamısında yerli mütəxəssislər baş məşqçi olublar.
Çempionlar və məşqçilər
Tarixdə Dünya çempionatını qazanan ölkələr və onların yerli məşqçiləri bunlardır:
1930-cu il, Uruqvay, baş məşqçi – Alberto Suppici
1934-cü il, İtaliya, baş məşqçi – Vittorio Pozzo
1938-ci il, İtaliya, baş məşqçi – Vittorio Pozzo
1950-ci il, Uruqvay, baş məşqçi – Xuan Lopes Fontana
1954-cü il, Qərbi Almaniya, baş məşqçi – Yozef Herberqer
1958-ci il, Braziliya, baş məşqçi – Visente İtalo Feola
1962-ci il, Braziliya, baş məşqçi – Aymor Moreyra
1966-cı il, İngiltərə, baş məşqçi – Alf Remsi
1970-ci il, Braziliya, baş məşqçi – Mario Zaqallo
1974-cü il, Qərbi Almaniya, baş məşqçi – Helmut Şyön
1978-ci il, Argentina, baş məşqçi – Sezar Luis Menotti
1982-ci il, İtaliya, baş məşqçi – Enzo Bearzot
1986-cı il, Argentina, baş məşqçi - Karlos Salvador Bilardo
1990-cı il, Qərbi Almaniya, baş məşqçi – Frans Bekkenbauer
1994 – cü il, Braziliya, baş məşqçi, Karlos Alberto Parreyra
1998-ci il, Fransa, baş məşqçi – Eme Jaket
2002-ci il, Braziliya, baş məşqçi – Luis Felipe Skolari
2006-cı il, İtaliya, baş məşqçi – Marsello Lippi
2010-cu il, İspaniya, baş məşqçi – Visente del Boske
2014-cü il, Almaniya, baş məşqçi – Yoahim Löv
2018-ci il, Fransa, baş məşqçi – Didye Deşam
2022-c il, Argentina, baş məşqçi – Lionel Skolari