Bakıda 35 yaşlı kişi əvvəlcə keçmiş arvadını və qayınanasını öldürdü,  sonra özünü
14 iyun 2026 15:24 (UTC +04:00)

Bakıda 35 yaşlı kişi əvvəlcə keçmiş arvadını və qayınanasını öldürdü, sonra özünü

0

Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.

Lent.az-ın məlumatına görə, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib.

Belə ki, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V. Lütfəliyev özünü öldürüb.

Məlumata görə, Xəyalə və İradə Böyük Dəhnə kəndində, Vüsal Lütfəliyev isə Cəfərabad kəndində dəfn olunacaq.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar