Təcili Tibbi Yardım maşını ilə vurulan piyada öldü - FOTO
13 noyabr 2020 18:53 (UTC +04:00)

Təcili Tibbi Yardım maşını ilə vurulan piyada öldü - FOTO

Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 37 yaşlı Anar İsmayıl oğlu Əliyevin idarə etdiyi Təcili Tibbi Yardım maşını yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-cü il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub. 

S. Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

# 871
avatar

Oxşar yazılar