Zaqatalada qəza:  3 nəfər yaralandı - YENİLƏNİB
19 iyun 2026 08:45 (UTC +04:00)

Zaqatalada qəza: 3 nəfər yaralandı - YENİLƏNİB

0

Zaqatalada baş verən qəzada yaralananların adları məlum olub.

Lent.az xəbər verir ki, qəza zamanı xəsarət alanlar Zaqatala şəhər sakinləridir:

1990-cı il təvəllüdlü Qurbanov Ramiz Qurban oğlu Qurbanov

1964-cü il təvəllüdlü Aziz Əyyuboviç Ramazanov  

Qəza zamanı xəsarət alan üçüncü şəxs isə müayinə olunmaqdan imtina edərək evə gedib.

***

saat 22:44

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Danaçı-Çardaxlar avtomobil yolunun girişində baş verib.

İlkin məlumata görə, “VAZ 2107” və “Opel” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı biri ağır olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər.

Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirlir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6635

Oxşar yazılar