Lüks villa qalmaqalı: İkardi 8 milyonluq borca görə  hakim qarşısına çıxacaq
19 iyun 2026 10:49 (UTC +04:00)

Lüks villa qalmaqalı: İkardi 8 milyonluq borca görə hakim qarşısına çıxacaq

0

"Qalatasaray"ın hücumçusu Mauro İkardi ilə kirayədə qaldığı villanın sahibi arasında yaranan qalmaqal böyüyür.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, iddialara görə, İkardi ötən il İstanbulun Göytürk səmtində yerləşən lüks villanı illik 504 min ABŞ dollarına kirayəyə götürüb.

Lakin futbolçu bir illik müqavilənin başa çatmasına dörd ay qalmış evi boşaldıb. Bildirilir ki, o, son dörd aya aid 168 min dollar (təxminən 8 milyon lirə) məbləğində kirayə haqqını ödəmədən villanı tərk edib. Evi kirayəyə verən şirkət əvvəlcə qalan borcun ödənilməsi üçün İkardiyə müraciət edib. Müsbət cavab ala bilmədikdən sonra isə icra proseduruna başlayıb. Argentinalı futbolçu icra qərarına etiraz edib. Bunun ardınca ev sahibi müqavilə şərtlərinə əsasən, qalan dörd aylıq kirayə haqqının ödənilməsini tələb edərək etirazın ləğvi ilə bağlı məhkəməyə müraciət edib.

Məlumata görə, məhkəmə iddia ərizəsini icraata qəbul edib və işə yaxın günlərdə baxılacaq. Tərəflər arasındakı mübahisənin məhkəmə qərarı ilə həll olunacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar