217
11:19
13 Noyabr 2020

Şuşanın Yuxarı Gövhər Ağa Məscidi İBADƏTƏ HAZIRDIR

Şuşanın simvollarından biri olan tarixi Yuxarı Gövhər Ağa Məscidi Azərbaycan əsgərləri tərəfindən təmizlənib və ibadətə hazır vəziyyətə gətirilib.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Qeyd olunub ki, Şuşanın simvoluna çevrilən məscid işğal altında olan illərdə baxımsız qalıb və tarixi binada heyvanlar yerləşdirilib.

Azərbaycan əsgərləri Şuşanı işğaldan qurtardıqdan sonra ilk işlərindən biri məscidi təmizləmək olub və məscid artıq ibadətə hazırdır.

Artıq Azərbaycan əsgərlərinin Qarabağ xanı İbrahim Xəlilin qızı Gövhər Ağanın adını daşıyan tarixi məsciddə namaz qıldıqları vurğulanıb.

Dİgər xəbərlər