ABŞ-ın hazırki prezidenti Donald Tramp Corcia və Arizona ştatlarında səslərin düzgün sayılacağı təqdirdə bu yerlərdə nümayəndəliklər qazanacağını bildirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, seçki prosesi ilə bağlı özünün “Twitter” hesabında açıqlama yayıb. O, Şimali Karolinada səsvermə nəticəsinin gecikdiyini və bunun da təxribat olduğunu bildirib.
Tramp Pensilvaniya və Miçiqan ştatlarında səs sayına respublikaçıların qatılmasına icazə verilmədiyini və bunun qanunsuz olduğunu deyib. O, həmçinin əvvəl Arizonada əvvəl 200 min olan səs fərqinin indi 10 mindən də aşağı düşdüyünü dilə gətirib: “Biz verilən səslərin sayını gözdən keçirsək asanlıqla Arizonada qələbə çalacağımızı deyə bilərik. 73 milyon vətəndaş mənim üçün səs verib”.