35
10:20
13 Noyabr 2020

Arvadını və oğlunu öldürən kişi intihar etdi

Türkiyənin Kocaeli vilayətində dəhşətli hadisə yaşanıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, şəhərin İzmit qəsəbəsində boşanma əsnasında olan Vesyəl Özkan arvadının evinə gələrək söhbət etmək istəyib. Ancaq aralarında yaranan mübahisə böyüdüyü üçün V.Özkan özü ilə gətirdiyi tüfənglə arvadını və oğlunu güllələyib. Daha sonra isə özünə də atəş açaraq, intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanları gələrək araşdırmalara başlayıb.

Dİgər xəbərlər