Bakıda çoxmərtəbəli binada mağaza yanıb.
Lent.az FHN-in saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 300 m² olan mağazada iki ədəd vitrin soyuducusu qismən yanıb. Mağaza yanğından mühafizə olunub.
Həmçinin Ağdaş rayonunda ümumi sahəsi 370 m² olan restoranın yanar konstruksiyaları 128 m² sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.