Kriştiano Ronaldo zədələndi
09 noyabr 2020 10:35 (UTC +04:00)

Kriştiano Ronaldo zədələndi

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo zədələnib.
 
Apasport.az saytının məlumatına görə, bunu Turin təmsilçisinin baş məşqçisi Andrea Pirlo açıqlayıb.
 
O bildirib ki, portuqaliyalı hücumçunun “Latsio” ilə A seriyasının oyununda əvəzlənməsinə zədə səbəb olub. Ronaldonun durumuna tam müayinədən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, “Yuventus” “Latsio” ilə görüşdə qələbəni matçın sonlarında əldən verib – 1:1.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821

Oxşar yazılar