İtaliyada koronavirusa rekord yoluxma qeydə alındı
08 noyabr 2020 10:01 (UTC +04:00)

İtaliyada koronavirusa rekord yoluxma qeydə alındı

Ölkənin Səhiyyə Nazirliyinin məlumatna görə, İtaliyada son bir gündə rekord dərəcədə 39.811 koronavirus infeksiyasına yoluxma qeydə alınıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Səhiyyə Nazirliyi əvvəlki anti-rekord haqqında cümə günü məlumat vermişdi, o zaman 37 809 infeksiya hadisəsi qeydə alınmışdı.

İtaliyada koronavirus epidemiyasının bütün dövrü ərzində 902 490 infeksiya hadisəsi qeydə alınıb.

Son 24 saat ərzində 425 nəfər COVID-19 infeksiyasının səbəb olduğu xəstəliklərin qurbanı olub, 5966 nəfər sağalıb.


Ümumilikdə isə İtaliyada 41.063 koronavirus xəstəsi ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 950

Oxşar yazılar